Bank Of Baku

Mixail Saakaşvili: “Kosovonun müstəqilliyinin tanınması Gürcüstan üçün ciddi fırtınaya səbəb ola bilər”

Mixail Saakaşvili: “Kosovonun müstəqilliyinin tanınması Gürcüstan üçün ciddi fırtınaya səbəb ola bilər”
# 01 fevral 2008 14:03 (UTC +04:00)
O, Gürcüstanın xarici siyasət baxımından çox mürəkkəb dövrə qədəm qoyduğunu açıqlayıb: “Yaxın həftələrdə, hətta ola bilər ki, yaxın günlərdə Kosovonun Qərb tərəfindən tanınması prosesi başlayacaq. Bu proses bizim ölkəmiz üçün çox ciddi fırtınaya səbəb ola bilər. Ancaq biz keyfiyyətli və ciddi çalışdıqda istənilən situasiyadan daha güclü və özümüzü daha da təsdiqləyərək çıxırıq. Ona görə də hər kəs özünü elitar idarənin əməkdaşları kimi yox, ölkəni xilas etməli olan əsgər kimi aparmalıdır. Biz ön xəttəyik və bunu hamı dərk etməlidir”. Nazir David Bakradze isə 2008-ci ildə XİN-in fəaliyyətində əsas prioritetin münaqişələrin həlli olacağını söyləyib: “Yaxın gələcəkdə biz Kosovonun müstəqilliyinin tanınmasını gözləyirik. Bu, Gürcüstan və onun xarici siyasət idarəsi üçün ciddi çağırışlar yaradacaq. Ona görə də bizim bütün enerjimiz və resurslarımız münaqişələrin həllinə yönəlməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR