Bank Of Baku

Dmitri Rupel: “Kosovo nümunəsi unikaldır və presedent sayıla bilməz”

Dmitri Rupel: “Kosovo nümunəsi unikaldır və presedent sayıla bilməz”
# 05 fevral 2008 10:30 (UTC +04:00)
“Kosovo nümunəsi unikaldır və Gürcüstandakı daxili münaqişələr üçün presedent sayıla bilməz”. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, bunu Tiflisdə jurnalistlərə açıqlamasında Avropa Birliyi “üçlüyü”nün nümayəndə heyətinin rəhbəri, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel deyib. O, Kosovo məsələsi ilə Abxaziya və Cənubi Osetiya münaqişələri arasında heç bir əlaqə olmadığını bildirib: “Biz dəfələrlə demişik və yenə də deyirik: Kocovo nümunəsi unikaldır və presedent kimi baxıla bilməz”. Avropa Birliyi “üçlüyü”nün Gürcüstanın xarici işlər naziri David Bakradze ilə görüşündə də əsas müzakirə mövzusu münaqişələrin həlli olub. D. Bakradze deyib ki, Kosovo mövzusu ilə manipulyasiya etmək təhlükəlidir və bu, Avropanın təhlükəsizliyinə problem yarada bilər: “Kosovo heç bir münaqişə üçün presedent ola bilməz. Bütün münaqişələrin özünəməxsus səbəbləri və həlli yolları var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR