Bank Of Baku

Ötən il Gürcüstan sərhədlərini keçənlərin 27 faizini Azərbaycan vətəndaşları təşkil edib

Ötən il Gürcüstan sərhədlərini keçənlərin 27 faizini Azərbaycan vətəndaşları təşkil edib
# 11 fevral 2008 14:11 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan Sərhəd Polisinin rəsmi məlumatına görə, 2007-ci ildə ölkə sərhədlərini 5,007,537 nəfər keçib. Onların 2,915,079 nəfəri Gürcüstan, 2,092,458 nəfəri digər ölkələrin vətəndaşlarıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət sərhədini ən çox keçmə faktı “Sarpi” keçid məntəqəsində (1,601,776 nəfər), “Qırmızı körpü” keçid məntəqəsində (1,126,020 nəfər) və Tiflis aeroportunda (622,779 nəfər) qeydə alınıb. Gürcüstan sərhədlərinin keçən şəxslərin 27 faizi Azərbaycan, 24 faizi Türkiyə, 23 faizi Ermənistan, 8 faizi Rusiya vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR