Bank Of Baku

Ekspertlər Badri Patarkatsişvilinin ölüm səbəbini müəyyənləşdirmək üçün onun cəsədini yarıblar

Ekspertlər Badri Patarkatsişvilinin ölüm səbəbini müəyyənləşdirmək üçün onun cəsədini yarıblar
# 14 fevral 2008 10:08 (UTC +04:00)
Tiflis APA. Fevralın 13-nə keçən gecə London yaxınlığındakı evində vəfat etmiş gürcü iş adamı Badri (Arkadi) Patarkatsişvili vətənində dəfn olunacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, mərhumun dostları Vano Çxartişvili, Vaja Lordkipanidze və Georgi Xaindrava onun meyitini Tiflisə gətirmək üçün bu gün Böyük Britaniyaya yollanıblar. V. Çxartişvili Londona kədərli bir missiyanı yerinə yetirmək üçün uçduqlarını bildirib: “Biz Badrinin meyitini Gürcüstana gətirməliyik. Ailəsi qərar qəbul edib ki, o, vətənində dəfn olunmalıdır”. V. Çxartişvili meyitin nə vaxt Tiflisə gətiriləcəyini söyləməkdə çətinlik çəkib: “Hər şey Böyük Britaniyada aparılan ekspertizanın nəticələrindən asılıdır”.
Qeyd edək ki, ölümün səbəblərini müəyyən etmək məqsədilə B. Patarkatsişvilinin cəsədi fevralın 13-ü gecəsi Gildford şəhərindəki “Royal Surrey Hospital”da Böyük Britaniya Daxili İşlər Nazirliyinin pataloqoanatomları tərəfindən yarılıb. Ekspertizanın nəticələri hələlik açıqlanmayıb. Yerli polisdən bildiriblər ki, ölüm təbii səbəblərdən baş veribsə, nəticələr çox tez hazır olacaq. Əgər toksikoloq-ekspertlərin rəyi lazım olacaqsa, nəticələri bir neçə həftə gözləmək lazım gələcək. Polis iş adamının son günlərdəki hərəkət trayektoriyasını da araşdırmağa başlayıb. İstintaqı polis super intendantı, müstəntiq Con Boşir aparır. Müəyyən edilib ki, B. Patarkatsişvilinin keçindiyi gecə onun evində ailə üzvləri ilə yanaşı, bir neçə başqa adam da olub. Amma polis həmin adamların adlarını açıqlamır. Xatırladaq ki, 52 yaşlı B. Patarkatsişvili “The Guardian” qəzetinə müsahibəsində özünü “yeriyən hədəf” adlandırmışdı: “Mənim 120 mühafizəçim var, amma hesab edirəm ki, bu, yetərli deyil. Məni öldürmək istəyirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR