Bank Of Baku

Tiflisdə ötən ilin 7 noyabr hadisələri zamanı həbs edilən 6 nəfər azadlığa buraxılıb

Tiflisdə ötən ilin 7 noyabr hadisələri zamanı həbs edilən 6 nəfər azadlığa buraxılıb
# 19 fevral 2008 10:22 (UTC +04:00)
Tiflis APA. Tiflisdə 2007-ci ilin 7 noyabr hadisələri zamanı həbs edilən və adları müxalifətin siyasi məhbus siyahısında olan 6 nəfər azadlığa buraxılıb. APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, azad olunan şəxslər başqasının əmlakına zərər vurmaqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və kütləvi iğtişaşda iştirakda ittiham edilirdilər. Onlardan biri Mixail Giorqadze polis əməkdaşı olub. O, mitinq dağıdılarkən hüquq-mühafizə orqanlarından istefa verərək aksiya iştirakçılarına qoşulub. Ertəsi gün həbs olunan M. Giorqadze qeyri-qanuni silah saxlamaq və narkotik maddə satmaqda günahlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR