Bank Of Baku

Gürcüstanda müxalifətçilər parlament binasının qarşısında və Nino Burcanadzenin qəbul otağında aclıq aksiyasına başlayıblar

Gürcüstanda müxalifətçilər parlament binasının qarşısında və Nino Burcanadzenin qəbul otağında aclıq aksiyasına başlayıblar
# 10 mart 2008 12:05 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, parlament binasının pilləkanlarında aclıq aksiyası keçirən müxalifətçi deputatlar Zviad Dzidziquri, Bidzina Qucabidze və Georgi Tortladze yanvarın 5-də keçirilmiş prezident seçkilərinin nəticələrinin ləğvini, siyasi motivlərlə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını və may ayında keçiriləcək parlament seçkiləri ilə bağlı Konstitusiya dəyişikliklərində müxalifətin mövqeyinin nəzərə alınması tələblərini irəli sürüblər. Rusiyanın MDB çərçivəsində Abxaziyaya qarşı tətbiq olunmuş iqtisadi sanksiyaları birtərəfli ləğv etməsindən sonra müxalifətçilər Gürcüstanın MDB-dən çıxmasını da öz tələbləri sırasına əlavə ediblər. Çadır fasiləsiz aclıq elan etmiş şəxslərə tibbi yardım məqsədilə qurulub. “Sağ müxalifət” fraksiyanın 9 deputatı isə birbaşa parlament sədri Nino Burcanadzenin qəbul otağında aclığa başlayıb. Onlar bu addımı küçədə vəziyyətin gərginləşməsinin qarşısını almaq və problemi dialoq yolu ilə həll etmək məqsədilə atdıqlarını bildiriblər.
Qeyd edək ki, martın 9-dan etibarən parlamentin binası qarşısında birləşmiş müxalifətin etiraz aksiyaları başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR