Bank Of Baku

Abxaziya səmasında ABŞ istehsalı olan təyyarə vurulub

Abxaziya səmasında ABŞ istehsalı olan təyyarə vurulub
# 18 mart 2008 15:45 (UTC +04:00)
Suxumi APA. Tanınmammış Abxaziya Respublikasının rəhbərliyi onların nəzarətində olan hava məkanında ABŞ və İsrailin birgə istehsalı olan kəşfiyyat təyyarəsinin vurularaq yerə salındığını bəyan ediblər. APA-nın məlumatına görə, tanınmamış respublikanın Təhlükəsizlik Şurasının katibi Stanislav Lokoba pilotsuz kəşfiyyat təyyarəsinin Abxaziya ərazisinə Gürcüstan istiqamətindən uçaraq gəldiyini bildirib. Onun sözlərinə görə, təyyarə Primorski kəndi yaxınlığında, 8 min metr hündürlükdə vurulub. Təyyarənin Qara dənizə düşdüyünü deyən Lokoba hava maşınının fyüzelajının bir hissəsinin tapıldığını vurğulayıb: “Qanadların və fyüzelajın forması kəşfiyyat təyyarəsinin İsrailin “Elbik” şirkətində istehsal olunduğunu söyləməyə əsas verir”. Faktla bağlı tanınmamış respublikanın prezidenti Sergey Baqapş bu saatlarda fövqəladə toplantı keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR