Bank Of Baku

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstana səfər ediblər

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstana səfər ediblər
# 26 mart 2008 08:50 (UTC +04:00)
Strasburq. Gülşən Hacıyeva-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Matiaş Erşi və Kastriot İslami martın 26-27-də Gürcüstanda səfərdə olacaqlar. AŞ PA-nın Baş Ofisindən APA-ya bildirilib ki, səfərin məqsədi Gürcüstanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı monitorinq aparmaqdır.
Həmməruzəçilər Gürcüstan prezidenti, baş nazir, parlamentin spikeri, xarici və daxili işlər, ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, müxalifət təmsilçiləri, KİV və QHT nümayəndələri ilə görüşəcəklər. Görüşlərdə əsasən, parlament seçkiləri ərəfəsindəki vəziyyət, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, mətbuatın durumu və digər məsələlərə dair müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR