Bank Of Baku

Nino Burcanadze Gürcüstanın yeni parlamentində təmsil olunmayacaq

Nino Burcanadze Gürcüstanın yeni parlamentində təmsil olunmayacaq
# 22 aprel 2008 10:18 (UTC +04:00)
Tiflis APA. Gürcüstan parlamentinin sədri Nino Burcanadze qarşıdakı parlament seçkilərində iştirak etməyəcəyini bildirib. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, N. Burcanadze keçirdiyi brifinqdə qərarının qəti olduğunu bəyan edib. O, qərarını hakim Milli Hərəkat Partiyasının deputatlığa namizədlər siyahısının müəyyənləşdirilməsində yaranan fikir ayrılığı ilə əsaslandırıb: “Uzun müddət davam edən ciddi müzakirələrə baxmayaraq, təəssüf ki, Milli Hərəkatın namizədlər siyahısının formalaşdırılmasında konsensus əldə etmək mümkün olmadı. Mən hesab edirəm ki, ölkədə gedən bəzi proseslərin korrektəyə ehtiyacı var. Bəzi səhvlər tezliklə düzəldilməlidir”. N. Burcanadze Gürcüstanın strateji baxımdan düzgün inkişaf yolunda olduğunu da söyləyib.
Xatırladaq ki, mayın 21-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR