Moskva Ukraynadakı münaqişənin həllinə kömək etmək istəyinə görə Ankaraya minnətdardır və dialoqa açıqdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Türkiyə xarici işlər naziri Hakan Fidanın Kiyevə səfərinə və Ankaranın vasitəçiliyi ilə Ukrayna danışıqlarının bərpası perspektivlərinə münasibət bildirərkən deyib.
"Türkiyəli dostlarımızın Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə kömək etmək istəyindən yaxşı xəbərdarıq. Bunun üçün Türkiyə tərəfinə minnətdarıq. Hazırda danışıqlar prosesinin bərpası üçün yaxın perspektivlər yoxdur. Biz onları görmürük, amma Rusiya tərəfi şübhəsiz ki, bu yola açıqdır", - Kremlin sözçüsü vurğulayıb.