Bank Of Baku

Sabah AŞ PA-nın seçkiöncəsi missiyasının Gürcüstana səfəri başlayır

Sabah AŞ PA-nın seçkiöncəsi missiyasının Gürcüstana səfəri başlayır
# 22 aprel 2008 15:35 (UTC +04:00)
Missiyanın tərkibində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva da var. Millət vəkilinin APA-ya verdiyi məlumata görə, missiyanın tərkibinə onunla yanaşı, AŞ PA-nın Gürcüstan üzrə həmməruzəçiləri Matyas Yorsi və Kastriat İslami, həmçinin Estoniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Andreas Herkel də daxildir. Q. Paşayeva deyib ki, missiyanın məqsədi parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyəti dəyərləndirmək, müzakirələr aparmaqdır. Missiya üzvləri Avropa Şurası, ATƏT, Avropa İttifaqının Tiflisdəki missiyalarının rəhbərləri, spiker Nino Burcanadze, parlamentdə hakimiyyət və müxalifəti təmsil edən fraksiyalarla, Ombudsman, parlamentdə təmsil olmayan müxalifət partiyalarının nümayəndələri, daxili işlər naziri, Ali Məhkəmənin sədri, MSK sədri və Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcəklər. Onlar beynəlxalq və yerli QHT-in nümayəndələrinin, həmçinin medianın iştirakı ilə keçirilən dəyirmi masalarda iştirak edəcəklər. Səfərin sonunda AŞ PA missiyasının mətbuat konfransı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR