Bank Of Baku

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Gürcüstana açıq dəstək ifadə olunan birgə bəyanatla çıxış ediblər

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Gürcüstana açıq dəstək ifadə olunan birgə bəyanatla çıxış ediblər
# 24 aprel 2008 08:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözlər ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormakın açıqladığı bəyanatda əksini tapıb. Bəyanatda ABŞ-ın Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə əlaqələrin səviyyəsini yüksəltmək barədə qərarından da narahat olduğu qeyd edilir və bu qərar Gürcüstanın suverenliyinin pozulması kimi qiymətləndirilir. Eyni zamanda bildirilir ki, bu qərar Rusiyanın regionda münaqişələrin nizamlanmasında iştirakını sual altında qoyur.
Qeyd edək ki, məsələ aprelin 23-də BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə olunub, ancaq hər hansı sənəd qəbul olunmayıb. Əvəzində TŞ-nin 3 üzvü ABŞ, Böyük Britaniya və Fransa, eləcə də Almaniya birgə kommünike ilə çıxış ediblər. Kommünike haqqında mediaya məlumat verən Gürcüstanın xarici işlər naziri David Bakradze bildirib ki, sənəddə Rusiyanın Gürcüstanın icazəsi olmadan Abxaziya və Cənubi Osetiyadakı faktiki hakimiyyət orqanları ilə əlaqələrin qurulması barədə qərarından narahatlıq ifadə olunur. Dünyanın dörd nəhəng dövləti Rusiyanı ya qərarını ləğv etməyə, ya da bu qərarı icra etməməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR