Bank Of Baku

Gürcüstanda dörd nazir vəzifəsindən istefa verib

Gürcüstanda dörd nazir vəzifəsindən istefa verib
# 24 aprel 2008 12:34 (UTC +04:00)
APA-nın Gürcüstan xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, xarici işlər naziri David Bakradze dövlət başçısının fərmanı ilə vəzifədən azad edilib və ona prezidentin xüsusi nümayəndəsi statusu verilib. Xarici işlər naziri səlahiyyətlərinin icrası nazirin birinci müavini Qriqol Vaşadzeyə tapşırılıb. D. Bakradze Milli Hərəkat Partiyasının proporsional sistem üzrə namizədlər siyahısında ilk sırada yer alıb. Hakim partiya seçkilərdə qalib gələcəyi təqdirdə, D. Bakradzeni parlament sədrliyinə namizəd göstərmək fikrindədir. İstefaya gedən digər hökumət üzvləri isə qaçqınların işləri və məskunlaşdırma üzrə nazir Koba Subeliani, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri Zaal Qamsemlidze və kənd təsərrüfatı naziri Petre Siskarişvilidir. K. Subeliani Milli Hərəkatın namizədlər siyahısında 2-ci, Z. Qamsemlidze 4-cü sıradadır, P. Siskarişvilinin namizədliyi isə majoritar dairədən irəli sürülüb. İstefa verən nazirlər 3 ay əvvəl bu vəzifələrə təyin olunmuşdular.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri mayın 21-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR