Bank Of Baku

Gürcüstan Rusiya ilə hava hücumundan müdafiə sahəsində əməkdaşlığa dair müqavilədən çıxıb

Gürcüstan Rusiya ilə hava hücumundan müdafiə sahəsində əməkdaşlığa dair müqavilədən çıxıb
# 06 may 2008 14:35 (UTC +04:00)
Tiflis APA. Gürcüstan siyasi və texniki səbəblərlə bağlı Rusiya ilə hava hücumundan müdafiə sahəsində əməkdaşlığa dair müqavilədən çıxıb. APA-nın məlumatına görə, bunu Gürcüstan müdafiə nazirinin müavini Bato Kuteliya bəyan edib. O bildirib ki, Rusiya ilə bağlanmış müqavilə Gürcüstana heç bir fayda verməyib və ölkənin NATO ilə yaxınlaşma strategiyasına ziddir. Nazir müavini NATO-nun hava məkanındakı vəziyyətlə bağlı məlumat mübadiləsi proqramına qoşulmaq üçün alyansla razılığa gəldiklərini və bu proqramla Rusiya qarşısındakı öhdəliklərin bir-birinə zidd olduğunu söyləyib. B. Kuteliya deyib ki, Gürcüstan NATO standartlarına uyğun hava məkanına nəzarət sistemi yaradır. O, Gürcüstanın MDB çərçivəsində hərbi əməkdaşlıq proqramlarında iştirakdan imtina etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR