Bank Of Baku

Gürcüstanın yeni parlamentində ermənilərin sayı indikindən az olacaq

Gürcüstanın yeni parlamentində ermənilərin sayı indikindən az olacaq
# 13 may 2008 13:20 (UTC +04:00)
İrəvan APA. Gürcüstanın yeni parlamentində erməni deputatların sayı indikindən az olacaq. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin hakimiyyətdəki Respublika Partiyasından olan üzvü, “Cavaxk” İttifaqının sədri Şirak Torosyan deyib. O, hazırda Gürcüstan parlamentində 6 erməni deputatın təmsil olunduğunu xatırladaraq, yeni qanunverici orqana maksimum 4 erməninin seçiləcəyini bildirib. Ş. Torosyan hesab edir ki, Gürcüstan hökuməti milli azlıqların həyat şəraitini yaxşılaşdırmalı və onların problemlərini həll etməlidir: “Gürcüstan Avropa Birliyi və NATO-ya can atır. Amma mövcud problemlərlə onu bu təşkilatlara qəbul etməyəcəklər”.
Xatırladaq ki, mayın 21-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR