15 il müharibə və sülh arasında - REPORTAJ
Bura Tiflisdir. Yuxarıdakı Gürcüstan paytaxtının həyatından seçilmiş xüsusi bir səhnə deyil. Paytaxtın daş döşənmiş küçələri ilə bir neçə dəqiqə hərəkət etmək kifayətdir ki, hətta adi günlərdə belə ağzına kimi dolu olan onlarla belə yer görəsiniz. Dar küçələrin gözəllik və romantizmi geniş və işıqlı prospektlərlə harmoniya təşkil edir.
Paytaxtda demək olar ki, bütün hökumət binalarında Gürcüstan bayrağı ilə yanaşı Avropa Birliyinin bayrağı dalğalanır. Şota Rustaveli prospektində asılmış şüarda isə deyilir: “Xarici siyasətimizin əsas məqsədlərindən biri NATO-ya inteqrasiyadır”.
Amma bu, Gürcüstanın həyatını xarakterizə edən yeganə səhnə deyil. Paytaxtdan 20 kilometr uzaqda, “Tiflis dənizi” adlanan sahədəki sanatoriyanın yarıuçmuş binalarında 15 ilə yaxındır ki, Abxaziyadan olan 500 qaçqın ailəsi yaşayır. Köndələn binalar 80-ci illərdən bu yana bir dəfə də olsun, təmir edilməyib, bir neçə il əvvəl baş verən zəlzələdən sonra isə bina yaşayış üçün tam yararsız hala düşüb. Pəncərələr əvəzinə rütubətdən qaralmış karton parçaları, bir hissəsi dağılmış dam örtüyü, dözülməz iy, çat-çat divar və tavanlar, zamanın və soxulcanların çürütdüyü taxta döşəmələr, istilik, su, elektrik, kanalizasiya sistemindən məhrum otaqlar Gürcüstanın məcburi köçkünlərinin gündəlik məişəti bu cürdür.
“Mənim Abxaziyada hər şeyim vardı ikimərtəbəli ev, yaxşı iş, ailəm iki gözəl-göyçək oğlum, ərim... ” Bu sözləri 48 yaşlı gürcü qadın Nani söyləyir. O, həyatının ən yaxşı illərini Abxaziyada keçirdiyini bildirir: “İndi isə donuzxanada yaşayıram. Özüm özümdən utanıram, amma nə etmək olar? Mənə kim kömək edəcək? İki oğlum və ərim münaqişədə həlak olub. Dövlət? Hansı dövlət? Biz ancaq seçkilərdən əvvəl onların yadına düşürük. Bax, bir az əvvəl gəlmişdilər, guya ki, damı təmir etdilər, amma yenə də damır. Biz heç kəsə lazım deyilik”.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstanın Abxaziya (1992-1993) və Cənubi Osetiya (1989-1992) bölgələrində baş verən münaqişə nəticəsində 300 min Abxaziya sakini və 40 min Cənubi Osetiya sakini ev-eşiksiz qalıb. Bu gün ölkə əhalisinin 6 faizini Abxaziya və Sxinvalidən olan məcburi köçkünlər təşkil edir. Rəsmi statistikaya görə, bu insanların 45 faizi hələ də elementar təhlükəsizlik və sanitariya qaydalarının mövcud olmadığı kollektiv yaşayış məskənlərində yaşayırlar. Məcburi köçkünlər münaqişə zonasına bitişik zonada yerləşən Samqrelo, Qori rayonu, həmçinin İmereti və Tiflisdə məskunlaşıblar.
Gürcüstanın Qaçqınların İşi üzrə Nazirliyi məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirir. Nazirlik 2007-ci il fevralın 2-də hökumətin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair strategiyanı təsdiqlədiyini xatırladır. Lakin “Tanxmoba” qaçqınlar təşkilatının rəhbəri, Abxaziyadan olan qaçqın Liana Beriya hesab edir ki, Gürcüstanda məcburi köçkünlərin problemlərinin real həlli yolu mövcud deyil. O, həmçinin bütün məcburi köçkünlərin qəbul olunan “strategiya” çərçivəsində malik olduqları hüquqlarla yaxşı tanış olduğuna da əmin deyil. Qeyd edək ki, bu sənəd məcburi köçkünlərin baza əsas hüquqlarını, BMT-nin təsdiq etdiyi hüquqları özündə əks etdirir.
“Bizim nə hüququmuz var ki? Ümumiyyətlə söhbət nədən gedir?” Bu fikirlər Tiflis gölü kompakt yaşayış məskənində məskunlaşan məcburi köçkün İrakliyə məxsusdur: “Çoxda ki, o sənəddə nəsə yazıblar. O hüquqlar yalnız kağız üzərindədir. Digər tərəfdən, biz dəfələrlə hökumət nümayəndələrinə yardım üçün müraciət etmişik, amma hələ də real bir kömək görməmişik”.
“Nə yardım? Hökumətdən gördüyüm ayda 22 lari yardımdır. Digərləri hətta 14 lari yardım alırlar. Bu, heç çörəyə də kifayət etmir” deyə 35 yaşlı tənha qadın Mari etiraz edir. O, məcburi köçkünlərin əksəriyyətinin işləmədiyini bildirir: “Harada işləyək? Burada heç yerlilərə iş tapılmır, biz haradan iş tapaq?” Düzdür, Mari də bir çox başqaları kimi bir dəfə də olsun, iş tapmağa cəhd göstərməyib.
Bununla belə, psixoloq Nana Çalaxidze hesab edir ki, buna görə bütün günahları hökumətin boynuna yıxmaq olmaz: “Bütün qaçqın və məcburi köçkünlər yardımdan asılılıq və qeyri-təşəbbüskarlıq sindromundan əziyyət çəkirlər. Bu da həmin qrup insanların sosial passivliyi ilə müşayiət olunur”. Onun sözlərinə görə, bu faktor məcburi köçkünlərin öz daimi yaşayış yerinə qayıtmasını ciddi şəkildə əngəlləyir: “Problemin başqa tərəfi odur ki, qaçqınlar sanki havadan asılı vəziyyətdə qalıblar ölkədə geriyə məcburi qayıdış qaydaları hökm sürür, indiki situasiyada bu mümkün deyil və bu paradoksal situasiya 15 ildir davam edir”.
“Evimə qayıtmaq istəyirəm, başqa cür ola da bilməz” deyən məcburi köçkün Liana Beriya Abxaziyadakı evinə qayıtmaq arzusu ilə yaşadığını təkrar-təkrar dilə gətirir: “Abxaziyadakı evimi heç kimə satmaram, qoy lap 30 milyon təklif etsinlər. Abxaziya hər gecə yuxuma girir, orada yalnız evim yox, hər şeyim qalıb”.
Tezliklə Gürcüstanda parlament seçkiləri keçiriləcək və məcburi köçkünlər bu hadisə öncəsi kiminsə əlində alətə çevrildiklərini iddia edirlər. İrakli adlı məcburi köçkün deyir: “Son zamanlar deputatlığa namizədlər tez-tez yanımıza gəlirlər. Hamı bizə vəd verir. Bu, birinci dəfə deyil, bir ay sonra bizləri unudacaqlar”.
“Seçkilərə gedəcəksinizmi?” sualını məcburi köçkünlərin əkrəsriyyəti müsbət cavablandırır. “Seçkilərə gedəcəyəm! Kimə səs verəcəyəm? Bilmirəm. Amma hökumətə səs verməyəcəyim qətidir”. Bu fikirləri də məcburi köçkün Mari söyləyir.
“Tanxmoba” təşkilatının rəhbəri öz növbəsində deyir ki, məcburi köçkünlərin vəziyyətini siyasətçilər və media daha çətinləşdirirlər: “Onlar bu məsələdən spekulyasiya vasitəsi kimi istifadə edirlər. Biz yalnız neqativ və qarşıdurmalar üzərində köklənmiş bəyanatlar eşitməklə məşğuluq. Bizə bu, ümumiyyətlə, lazım deyil. Bu Kondoliza Rayslar, Corc Buşlar, Lavrovlar kimdir? Onlar bizim münaqişəni həll edəcəklər? Problemi özümüz həll etməliyik. Gürcüstan hökuməti və tanınmamış respublikaların rəhbərləri bir araya gələrək məsələni müzakirə etməlidir. Problem yalnız bu yolla həll oluna bilər və məcburi köçkünlər nəhayət ki, rahat nəfəs ala bilərlər”. Bu fikirlər məcburi köçkün Liana Beriyaya məxsusdur.
“Hamı gəlir, baxır, soruşur və çıxıb gedir. Bunun bizə nə xeyri var ki? Artıq gözləməkdən bezmişik”. Bu fikirlərin müəllifi olan Mari adlı məcburi köçkün media təmsilçilərini də ittiham edir: “Bu məsələdə sizin xeyriniz var - ən azı məqalə yazacaqsınız, amma bunun biz nə xeyri var?” Ona nə cavab verəcəyimi bilmirəm, çünki yalan danışmaq istəmirəm, həqiqət isə çox acıdır. Avtomobilə əyləşirəm, adaşım Tamara Qvarçetelinin yüksək hisslər haqqında oxuduğu mahnının sədaları ətrafa yayılır. Bu yerdən uzaqlaşıram. Bundan asan şey yoxdur onların dərdinə şərik olmaq, sonra isə çevrilib getmək. Sanki heç nə olmayıb...
MDB
Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB
Nijni Novqoroda dron hücumu nəticəsində iki nəfər ölüb
Xəbər Lenti
Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Zeynal Nağdəliyev: Pambıqçılıqda inkişafın əsas istiqaməti intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Prezidentin köməkçisi: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır
AZAL: Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub
Bakıda və rayonlarda yağış yağacaq
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Əziz Əzizov: Aqrar sahədə islahatlar pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoyub
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Zaur Mikayılov: Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti xüsusi əhəmiyyət daşıyır
İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək
Azərbaycanın “orta güc” kimi mövqeyinə həsr olunmuş konfrans keçirilib - FOTO
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb
BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
TBMM sədri: İƏTPİ Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək
Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB
Numan Kurtulmuş: İƏT kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var
Avrasiya İnkişaf Bankı: Nəqliyyat sektoru Azərbaycanla gələcək əməkdaşlığın əsas prioritetlərindəndir
Nazir: Pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi çıxış etməkdədir
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var- VİDEO
Qalibaf: ABŞ-la əldə olunmuş İslamabad memorandumu Vaşinqton üçün məğlubiyyətdir
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
ADSEA: Şirvan kanalının yenidən qurulması pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradacaq
Zeynal Nağdəliyev ölkədə pambıqçılığın inkişafı üçün nəzərdə tutulan tədbirləri açıqlayıb
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib - FOTO
AMB sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır
TBMM sədri Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb
Azərbaycanın sığorta bazarı son 4 ildə iki dəfə böyüyüb
AMB: Pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib
Prezidentin köməkçisi: Dövlət Proqramı üzrə investisiya qoyuluşunun məbləği təqribən 700 milyon manata yaxın olacaq
Səfirlik: Qazaxıstan-Azərbaycan logistika əməkdaşlığı sürətlə inkişaf edir
Beş ayda nağd xarici valyutanın alışı satışını 311 mln. ABŞ dolları üstələyib
Azər Əmiraslanov: Müasir sığorta sistemi olmadan biznes islahatları yarımçıq qala bilər
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Prezidenti: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
İƏT Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib
Azərbaycan–İsrail startap tərəfdaşlığı müzakirə olunub - FOTO
ABB Xankəndidə Çağrı Mərkəzi yaradır
MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir
Əliyar Məmmədyarov: KASKO sığortasına yeni yanaşmalar tətbiq olunacaq
AMB: Sığorta sektorunda növbəti mərhələdə risk əsaslı nəzarət tam tətbiq olunacaq
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür