Bank Of Baku

Beynəlxalq müşahidəçilər Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı ilkin rəylərini açıqlayıblar

Beynəlxalq müşahidəçilər Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı ilkin rəylərini açıqlayıblar
# 22 may 2008 16:06 (UTC +04:00)
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT, Avropa Şurası və Avropa Parlamentinin müşahidəçiləri Tiflisdə keçirdikləri mətbuat konfransında bu bəyanatla çıxış ediblər. Müşahidəçilər bildiriblər ki, qanunverici baza və seçkilərin təşkili prosesin demokratikliyinin təmin olunmasına yönəlsə də, bəzi çatışmazlıqlar prosesə neqativ təsir göstərib: “Partiyaların təbliğat kampaniyası aparması üçün şərait yaradılsa da, qorxutma halları ilə bağlı bir sıra bəyanatlar səslənib. Seçki günü sakit keçsə və pozitiv qiymətləndirilsə də, seçicilərə təzyiq faktları qeydə alınıb. Səslərin hesablanması və nəticələrə dair cədvəllərin tərtib edilməsi prosesi daha az pozitiv olub və müşahidəçilər bu sahədə ciddi pozuntular aşkarlayıblar”. Müşahidəçilərin rəyinə əsasən parlament seçkiləri ideal olmasa da, yanvarda keçirilmiş prezident seçkiləri ilə müqayisədə müəyyən inkişaf əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR