Bank Of Baku

Mixail Saakaşvili Avropanı Gürcüstandakı münaqişələrin nizamlanmasında fəallıq göstərməyə çağırıb

Mixail Saakaşvili Avropanı Gürcüstandakı münaqişələrin nizamlanmasında fəallıq göstərməyə çağırıb
# 23 may 2008 08:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə keçirilən parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası müşahidə missiyasının 7 üzvünü, o cümlədən Azərbaycan parlamentinin Azərbaycan-Gürcüstan dostluq qrupunun sədri Qənirə Paşayevanı qəbul edib. APA-nın məlumatına görə, müşahidəçilər prezidentə seçkilərin gedişi haqqında fikirlərini söyləyiblər. M. Saakaşvili hakim partiyanın seçkilərdə qələbə qazandığını, ölkənin Avropaya inteqrasiyası kursunun davam edəcəyini deyib. Görüşdə Abxaziya və Cənubi Osetiya münaqişələri də müzakirə edilib. Son günlər Abxaziyada vəziyyətin gərginləşdiyini xatırladan M. Saakaşvili beynəlxalq təşkilatları, xüsusən Avropa institutlarını bu münaqişələrin nizamlanmasında fəallığı artırmağa çağırıb. Regionun gələcəyindən danışan prezident bu işdə Gürcüstanla Azərbaycanın əməkdaşlığını xüsusi vurğulayaraq gələcəkdə yeni regional layihələrin həyata keçiriləcəyini söyləyib. Q. Paşayeva isə M. Saakaşvilini rəhbərlik etdiyi partiyanın seçkidə qalib gəlməsi münasibətilə təbrik edib: “İnanırıq ki, Azərbaycanla Gürcüstan arasında münasibətlər bundan sonra daha da dərinləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR