Bank Of Baku

Gürcüstan müxalifəti Müstəqillik günündə kütləvi etiraz aksiyası keçirəcək

Gürcüstan müxalifəti Müstəqillik günündə kütləvi etiraz aksiyası keçirəcək
# 23 may 2008 11:22 (UTC +04:00)
Tiflis APA. Gürcüstan müxalifəti mayın 26-da Müstəqillik günündə kütləvi etiraz aksiyası keçirməyi planlaşdırır. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, həmin gün Rustaveli prospektində dövlət səviyyəsində hərbi parad təşkil ediləcək, paralel olaraq isə İdman Sarayının qarşısında müxalifətin mitinqi keçiriləcək. “Birləşmiş müxalifət” blokunun liderlərindən biri Georgi Tortladze digər müxalifət partiyaları ilə danışıqlar apararaq onların da aksiyada iştirakına çalışacaqlarını bildirib. Aksiyaya Respublika Partiyasının və Xristian-Demokratik Hərəkatın da qoşulacaqları gözlənilir. Respublikaçıların lideri David Usupaşvili Konstitusiyada nəzərdə tutulan bütün mübarizə metodlarından istifadə edəcəklərini açıqlayıb: “Aksiyalar hətta bir neçə il davam edə bilər. Respublika Partiyası bu mübarizədən yorulmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR