Bank Of Baku

Gürcüstan müxalifəti yeni parlamentin ilk iclasının keçiriləcəyi gün parlament binasını mühasirəyə alacaq

Gürcüstan müxalifəti yeni parlamentin ilk iclasının keçiriləcəyi gün parlament binasını mühasirəyə alacaq
# 26 may 2008 15:47 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın birləşmiş müxalifətinin Rustaveli prospektində, parlamentin binası qarşısında keçirdiyi kütləvi aksiya başa çatıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, birləşmiş müxalifətin liderlərindən olan Levan Qaçeçiladze kütləni dağılışmağa və yeni qanunverici orqanın ilk iclasının keçiriləcəyi 10 iyunda yenidən meydana toplaşaraq parlament binasını mühasirəyə almağa çağırıb. O bildirib ki, telekanallar müxalifətə yer verməsələr də, müxalifət gələcək planları haqqında xalqı məlumatlandırmaq üçün imkan tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR