Bank Of Baku

GUAM Rusiya ilə Gürcüstan arasındakı gərginliyə müdaxilə etməyəcək

GUAM Rusiya ilə Gürcüstan arasındakı gərginliyə müdaxilə etməyəcək
# 30 may 2008 12:09 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Rəsmi Tiflis GUAM-a Abxaziya üzərində vurulmuş pilotsuz təyyarə ilə bağlı Rusiya və Gürcüstan arasında yaranmış qarşıdurmanın həllinə qoşulmaqla bağlı müraciət etməyib. APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O bildirib ki, kəşfiyyat təyyarəsinin vurulmasına dair BMT müşahidəçilər qrupunun hazırladığı hesabatdan sonra olaya yeni çalar əlavə olunub. Belə ki, BMT nümayəndələri pilotsuz uçuş aparatının Rusiya tərəfindən vurulduğunu sübuta yetiriblər: “BMT Təhlükəsizlik Şurasında bu məsələyə baxılması nəzərdə tutulur. Ümid edirəm ki, Təhlükəsizlik Şurası obyektiv qərar qəbul edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR