Bank Of Baku

Gürcüstan Rusiyaya rəsmi etiraz notası verib

Gürcüstan Rusiyaya rəsmi etiraz notası verib
# 02 iyun 2008 12:28 (UTC +04:00)
Tiflis APA. Bu gün Rusiya Federasiyasının Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze Rusiya dəmir yolu qoşunlarının Abxaziyaya yeridilməsi ilə əlaqədar səfirə etiraz notası təqdim edib. Yarım saatlıq görüşdən sonra jurnalistlərə açıqlama verən V. Kovalenko faktın niyə bu qədər narahatlıq yaratdığını anlamadığını söyləyib: “İstənilən humanitar aksiya bölgə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlib. Əhali yaxşı yaşayarsa, onun müharibə əhval-ruhiyyəsi azalar, bu halda münaqişə tərəfləri arasında danışıqları bərpa etmək daha asan olar”.
Qeyd edək ki, mayın 31-də Rusiya dəmir yolu qoşunlarının hərbi dəstələri Abxaziyaya daxil olub. Rusiya Müdafiə Nazirliyi bu dəstələrin Abxaziyadakı dəmir yolu xətlərini bərpa etmək məqsədilə bölgəyə yeridildiyini bildirib. Gürcüstan Müdafiə Nazirliyi isə faktı hərbi təcavüz kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR