Bank Of Baku

Gürcüstanın müxalifət liderinin qanında narkotik maddə aşkarlanıb

Gürcüstanın müxalifət liderinin qanında narkotik maddə aşkarlanıb
# 03 iyun 2008 15:48 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın birləşmiş müxalifətinin liderlərindən olan Levan Qaçeçiladzenin qanında narkotik maddə aşkarlanıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, deputat səlahiyyətlərinin təsdiqlənməsi üçün məcburi narkoloji yoxlamadan keçən L. Qaçeçiladzenin orqanizmində “kodein” maddəsinin olduğu müəyyənləşdirilib. Müxalifət lideri bir gün əvvəl “Solpadein” adlı ağrıkəsici qəbul etdiyini və bu dərmanın tərkibində kiçik dozada “kodein” olduğunu bildirib. Hakimiyyətdəki Vahid Milli Hərəkat Partiyasından deputat seçilmiş Levan Merabdenin orqanizmində isə “subboteks” adlı narkotik maddə tapılıb. L. Qaçeçiladze və L. Merabde təkrar müayinədən keçəcəklər.
Qeyd edək ki, Gürcüstan Seçki Məcəlləsinin tələbinə əsasən parlament seçkilərində qalib gəlmiş şəxslər deputat səlahiyyətlərinin təsdiqlənməsindən əvvəl narkoloji yoxlamadan keçməlidir. Narkotikdən istifadə etdiyi sübut olunan şəxs deputat ola bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR