Bank Of Baku

İraqda xidmət edən gürcü hərbçisi həlak olub

İraqda xidmət edən gürcü hərbçisi həlak olub
# 05 iyun 2008 11:42 (UTC +04:00)
Bağdad APA. İraqda xidmət edən Gürcüstan sülhməramlılarının bir hərbçisi həlak olub. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Giqa Tatiaşvili 28 yaşlı serjant İrakli Kordzayanın bombardman zamanı öldüyünü açıqlayıb. O, hərbçinin cənazəsinin bir neçə gündən sonra Tiflisə gətiriləcəyini, bütün xərcləri Müdafiə Nazirliyinin öz üzərinə götürdüyünü bildirib. Dövlət İ. Kordzayanın ailəsinə 10 min dollar birdəfəlik yardım göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR