Bank Of Baku

Beynəlxalq Böhran Qrupu Abxaziya münaqişəsi ilə bağlı hesabatını açıqlayıb

Beynəlxalq Böhran Qrupu Abxaziya münaqişəsi ilə bağlı hesabatını açıqlayıb
# 05 iyun 2008 14:33 (UTC +04:00)
Bu fikirlər Beynəlxalq Böhran Qrupunun “Gürcüstan və Rusiya: Abxaziya uğrunda qarşıdurma” adlı hesabatında öz əksini tapıb. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə regional ofisindən APA-ya verilən məlumata görə, hesabatda gürcü-abxaz münaqişəsinin səbəbləri araşdırılır və bütün maraqlı tərəflər tövsiyələr verilir. Hesabatın müəlliflərindən BBQ-nın Qafqaz layihəsinin direktoru Maqdalena Friçeva bildirib ki, Rusiya son iki ay ərzində Abxaziyaya yerləşdirdiyi qoşun və texnikanı oradan çıxarmalıdır: “Eyni zamanda Gürcüstanda Abxaziya ilə münasibətlərdə yeni yanaşmalar tapmalı, bu bölgəni Rusiyadan asılılığı zəiflədəcək mexanizmlərlə şirnikləndirməli, qarşılıqlı etimadın möhkəmlənməsinə yönəlik yollar düşünüb tapmalıdır. NATO-nun öz strateji sərhədlərinə yaxınlaşmasından ehtiyatlanan Rusiya aprel-may aylarında Abxaziyaya əlavə hərbi qüvvələr yerləşdirib və bununla da gərginliyi daha da artırmış olub. Bu siyasət özündə separatçı bölgə ilə əlaqələri dərinləşdirməyi nəzərdə tutur. Rusiya bəyan edib ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə bu ərazidə yaşayan vətəndaşlarını müdafiə etmək üçün güc tətbiq edəcək və Gürcüstanın pilotsuz kəşfiyyat aparatlarını vuracaq. Bu bəyanatlar da həmin siyasəti özündə əks etdirir. Gürcüstan isə bəyan edir ki, Rusiya Suxuminin müstəqilliyə can atmaq meyllərinə iqtisadi, maliyyə və hərbi dəstək verməklə Gürcüstanın ərazi bütövlüyünü pozmuş olur. Qərbdə bir çoxları hesab edir ki, Moskva artıq münaqişənin tərəfinə çevrilib”. Hesabat müəllifləri hesab edir ki, Qərb münaqişənin dinc yolla nizamlanması üçün öz təsir gücündən istifadə etməlidir: “Diplomatik addımların effektini artırmaqla Rusiyanı öz qoşunlarını bölgədən çıxarmağın və danışıqlar formatının dəyişdirilməsinin zəruriliyinə inandırmaq lazımdır. Dialoq formatının dəyişdirilməsi zamanı əsas ağırlıq birbaşa gürcü-abxaz dialoqunun üzərinə salınmalı, Avropa İttifaqı danışıqlarda Rusiya və BMT ilə eyni statusda iştirak etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR