Bank Of Baku

Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib, müxalifət parlamentin iclasını boykot edib

Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclası keçirilib, müxalifət parlamentin iclasını boykot edib
# 07 iyun 2008 09:37 (UTC +04:00)
Proporsional sistem üzrə parlamentdə təmsilçilik hüququ qazanan “Birləşmiş müxalifət” blokunun, Leyborist Partiyasının və Xristian-Demokrat Hərəkatının deputatları isə sessiyanı boykot ediblər. Bu düşərgədən yalnız leyboristlərin nümayəndəsi Ramaz Tevdoradze toplantıya qatılıb. Parlamentin açılış mərasimində çıxış edən prezident Mixail Saakaşvili müxalifəti dialoqa çağırıb. Cəmi altı dəqiqə çıxış edən prezident bütün dünyanın gözünü Gürcüstanda olduğunu, ölkənin böyük bir siyasi böhrandan çıxdığını, bundan sonra da qarşıya çıxacaq çətinlikləri dəf edəcəyini bildirib: “Bu gün bizim əsas hədəfimiz Gürcüstanın birliyini bərpa etməkdir, buna görə də hamını bu hədəf ətrafında birləşməyə çağırıram”. Prezident seçkilərdə namizədliyini irəli sürməyən sabiq spiker Nino Burcanadzeyə də xidmətlərinə görə təşəkkür edib. Qeyd edək ki, mayın 21-də keçirilən parlament seçkilərində hakim Vahid Milli Hərəkat Partiyası 150 deputat mandatından 119-na sahib çıxıb. “Birləşmiş müxalifət” 17, leyboristlər və xristian-demokratlar hərəyə 6, respublikaçılar isə 2 mandat qazanıblar. Parlamentin fəaliyyətini boykot edən “Birləşmiş müxalifət” bloku deputatların parlament binasına daxil olmasını əngəlləməyə çalışsalar da, millət vəkilləri polisin köməyi ilə binaya daxil ola biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR