Bank Of Baku

David Bakradze Gürcüstan parlamentinin spikeri seçilib

David Bakradze Gürcüstan parlamentinin spikeri seçilib
# 07 iyun 2008 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, yeni spiker buna qədər xarici işlər naziri və münaqişələrin nizamlanması üzrə dövlət naziri vəzifələrində çalışıb. Qeyd edək ki, Gürcüstan parlamentinin yeni tərkibdə ilk iclası bu gün keçirilib. İclasa yalnız hakim Milli Birlik Hərəkatı Partiyasından olan millət vəkilləri qatılıblar. Müxalifət təmsilçiləri parlamentin iclasını boykot ediblər. Mayın 21-də keçirilən parlament seçkilərində hakim Vahid Milli Hərəkat Partiyası 150 deputat mandatından 119-na sahib çıxıb. “Birləşmiş müxalifət” 17, leyboristlər və xristian-demokratlar hərəyə 6, respublikaçılar isə 2 mandat qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR