Bank Of Baku

Uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

Uşaq bağçasında kütləvi zəhərlənmə baş verib
# 10 iyun 2008 08:10 (UTC +04:00)
Moskva APA. Rusiyanın Buryatiya Respublikasının Severobaykalsk şəhərindəki “Teremok” uşaq bağçasında kütləvi zəhərlənmə baş verib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 3-7 yaş arası 45 uşaq və bağçada çalışan bir nəfər yerli xəstəxananın infeksion şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti orta-ağırdır. Zəhərlənmənin qidadan qaynaqlandığı güman edilir. Hadisə ilə bağlı araşdırma aparılır. Rusiya Səhiyyə Nazirliyinin xüsusi briqadası Severobaykalsk şəhərinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR