Bank Of Baku

Qırğızıstan PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyıb

Qırğızıstan PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyıb
# 12 iyun 2008 11:09 (UTC +04:00)
APA-nın məlumatına görə, paytaxt Bişkek şəhərinin 1 May Rayon Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında “Kürd Fəhlə Partiyası” (PKK) və KONGRA-GEL kimi də tanınan “Kürdüstan Xalq Konqresi”ni, həmçinin “Camaat-əl-İslam”, “İslam Cihad Qrupu”, “İslam Cihad İttifaqı”, “İslam Cihadı-Mücahidlər Camaatı”, “Orta Asiyanın Mücahidlər Camaatı” kimi adlarla da tanınan “Cihad Qrupu”nu terrorçu təşkilat elan edib. Baş Prokurorluğun bəyanatında bildirilir ki, Türkiyə, Azərbaycan, ABŞ, Avropa Birliyi və Kanada “Kürdüstan Xalq Konqresi”ni terrorçu qurumlar siyahısına daxil ediblər: “Bu təşkilat respublikanın kürd diasporası arasında qeyri-leqal təşviqat və “verbovka” iş aparmaq cəhdinə görə, eləcə də öz yaraqlıları vasitəsilə Türkiyənin Qırğızıstandakı diplomatik və rəsmi nümayəndəliklərinə qarşı terror aktları törətmək potensialı ilə Qırğızıstan üçün də terror təhlükəsi yaradır”. Baş Prokurorluq bəyan edib ki, dövlət hər iki təşkilatın cinayətkar fəaliyyətinə konkret qiymət verərək onların Qırğızıstan ərazisində bütün fəaliyyətlərini qadağan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR