Bank Of Baku

Gürcüstanda 11 müxalifətçi deputat mandatdan imtina edib

Gürcüstanda 11 müxalifətçi deputat mandatdan imtina edib
# 13 iyun 2008 13:55 (UTC +04:00)
Tiflis APA. Gürcüstanın “Birləşmiş müxalifət - Milli Şura - sağlar” blokunun 11 deputatı mandatdan imtina edib və bununla bağlı parlamentin sədrinə müraciət ünvanlayıb. APA-nın xəbərinə görə, parlamentin qarşısında brifinq keçirən müxalifətçi deputatlar elə oradaca bəyanat imzalayaraq qanunverici orqanın dəftərxanasına təqdim ediblər. Bəyanatı imzalayanlar arasında David Qamkrelidze, Levan Qeçaçiladze, Eka Beseliya, Koba Davitaşvili kimi müxalifət liderləri də var. “Azadlıq” Partiyasının lideri Konstantin Qamsaxurdiya deputat mandatından daha əvvəl imtina edib. Ancaq birləşmiş müxalifətin siyahısı ilə parlamentə keçən 5 deputat mandatdan imtina etmək istəmir. Leyborist Partiyasının deputatları isə mandatdan imtina etməsələr də, parlamentin işinə qatılmayacaqlarını bildiriblər.
Xatırladaq ki, mayın 21-də keçirilən seçkilərin nəticələrinə uyğun olaraq 150 yerlik parlamentə 4 partiya və blok keçib. Hakim Vahid Milli Hərəkat 119, “Birləşmiş müxalifət” 17, Leyborist Partiyası və Xristian Demokrat Hərəkatının hər biri 6 mandat qazanıblar. Bundan əlavə, Respublika Partiyasının iki üzvü majoritar sistem üzrə deputat seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR