Bank Of Baku

Gürcüstan və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir

Gürcüstan və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir
# 13 iyun 2008 14:24 (UTC +04:00)
Tiflis APA. Gürcüstan və Rusiya rəsmiləri prezidentlərin görüşünə hazırlaşırlar. APA-nın xəbərinə görə, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Teymuraz Yakobaşvili bildirib ki, hər şey qaydası ilə getsə, Mixail Saakaşvili və Dmitri Medvedev yayın sonuna qədər görüşəcəklər: “Əsas odur ki, yaranmış gərgin durum yumşaldılsın, eləcə də Gürcüstanın ərazi bütövlüyünü pozmayan, Rusiyanın maraqlarını müdafiə edən və iki ölkə arasında normal əlaqələri bərpa edən qərarlar qəbul edilsin”.
Rusiyanın Tiflisdəki səfiri Vyaçeslav Kovalenko da görüşün hazırlanması ilə bağlı məlumatı təsdiq edib. Eyni zamanda o bunun üçün müəyyən işlər görməyin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Saakaşvili və Medvedev arasında ilk görüş iyunun 6-da MDB-nin Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi sammitində baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR