Bank Of Baku

Çeçenistanda bir kəndə basqın edən yaraqlılar 3 nəfəri öldürüblər və bir neçə mülki şəxsi girov götürüblər

Çeçenistanda bir kəndə basqın edən yaraqlılar 3 nəfəri öldürüblər və bir neçə mülki şəxsi girov götürüblər
# 13 iyun 2008 14:25 (UTC +04:00)
Çeçenistan APA. Bu gün səhər bir qrup silahlı şəxs Çeçenistanın Nojay-Yurt rayonunun Benoy-Vedeno yaşayış məntəqəsinə basqın edib. Şimali Qafqazdakı Birləşmiş Qoşun Qruplaşmasının qərargahından bildiriblər ki, yaraqlıların sayı təxminən 60 nəfərə yaxın olub. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, kəndə daxil olan yaraqlılar hərəkət edən “Niva” markalı avtomobili atəşə tutublar, nəticədə maşının içərisindəki 3 nəfər ata və iki oğlu həlak olublar. Benoy-Vedeno kənd icra nümayəndəsinin evi də daxil olmaqla, 5 ev yandırılıb. Dəstə kəndi tərk edərkən bir neçə mülki şəxsi özü ilə aparıb. Hazırda onların sayı dəqiqləşdirilir. Ordu, Daxili Qoşunlar və yerli milis əməliyyat-axtarış tədbirlərinə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR