Bank Of Baku

Vəzifədən çıxarılan generalın səhhəti pisləşib

Vəzifədən çıxarılan generalın səhhəti pisləşib
# 18 iyun 2008 13:31 (UTC +04:00)
Moskva APA. Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Baluyevskinin səhhəti pisləşib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl özünü pis hiss edən general həkimə müraciət edib. Hərbi hospitala aparılaraq müayinə edilən Y. Baluyevskinin ürəyində ciddi problemlər olduğu müəyyənləşdirilib. O, kardiologiya şöbəsində xüsusi palataya yerləşdirilib. Generalın vəziyyəti sabit-ağırdır. Həkimlər Y. Baluyevskinin səhhətinin qəfil pisləşməsini onun vəzifədən uzaqlaşdırılması ilə əlaqələndirirlər.
Xatırladaq ki, Y. Baluyevski iyunun 4-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən çıxarılıb və Təhlükəsizlik Şurası katibinin müavini təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR