Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətini 30 min avro təzminat ödəməyə məhkum edib

Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətini 30 min avro təzminat ödəməyə məhkum edib
# 18 iyun 2008 14:34 (UTC +04:00)
Strasburq APA. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın “A1+” teleşirkətinin bu ölkə hökumətinə qarşı qaldırdığı iddianı təmin edib. APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, məhkəmə müxalifyönlü “A1+” teleşirkətinə yayım lisenziyası verməkdən imtina edən Ermənistan hökumətinin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsini (fikir azadlığı) pozduğunu müəyyənləşdirib. Məhkəmənin qərarına əsasən rəsmi İrəvan 3 ay ərzində teleşirkətə ümumilikdə 30 min avro təzminat ödəməlidir. Məsələyə münasibət bildirən Avropa Şurasının baş katibi Terri Devis qərarı fikir azadlığının qələbəsi adlandırıb: “Bu fakt Avropa İnsan Haqları Konvensiyasının söz azadlığına təminat verən və insan haqlarının müdafiəsində əsas kimi götürülən 10-cu maddəsini özünəməxsus şəkildə tövsif edən bütün hökumətlərə dərs olmalıdır”. Ermənistan ədliyyə nazirinin müavini, ölkənin AİHM-dəki səlahiyyətli nümayəndəsi Gevork Kostanyan hökumətin cəriməni ödəyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR