Bank Of Baku

Erməni deputatın qardaşı oğlu öldürülüb

Erməni deputatın qardaşı oğlu öldürülüb
# 19 iyun 2008 14:31 (UTC +04:00)
İrəvan APA. Ermənistan paytaxtındakı “Lusastx” restoranında atışma baş verib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, atışmada restoranın sahibi, deputat Samvel Aleksanyanın qardaşı oğlu, 21 yaşlı Levon Aleksanyan öldürülüb. O, başından güllə yaraları alıb. Ermənistan polisinin operativ-istintaq qrupu hadisə yerindən 3 güllə, 3 giliz, “Çezet” markalı tapança və güllə darağı aşkarlayıb. Faktla bağlı təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR