Bank Of Baku

Rusiyada yaşayan miqrantlar rus dili testindən keçməli olacaqlar

Rusiyada yaşayan miqrantlar rus dili testindən keçməli olacaqlar
# 19 iyun 2008 14:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyunun 24-də Rusiya Federal Şurasının komissiyalarının birgə iclasında miqrantların rus dilini öyrənməsi və testdən keçməsi barədə qanun layihəsinə baxılacaq. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, hazırda rus dilindən imtahan vermək şərti yalnız öz gələcəklərini Rusiya ilə bağlayan xarici vətəndaşlara şamil olunur. Layihənin müəllifləri Rusiyada digər statusla yaşayan xaricilərin də rus dili testindən keçməsini təklif edirlər. Qazanc üçün Rusiyaya gələnlərə testdən keçmək təklif olunmasa da, könüllü surətdə testdən keçən əmək miqrantları işləmək üçün icazə alarkən müəyyən imtiyazlardan istifadə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR