Armen Qriqoryan Təhlükəsizlik üzrə Ali Nümayəndələrin Sankt-Peterburqda keçiriləcək iclasında iştirak etməyəcək

Armen Qriqoryan Təhlükəsizlik üzrə Ali Nümayəndələrin Sankt-Peterburqda keçiriləcək iclasında iştirak etməyəcək
# 23 aprel 2024 21:44 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin Beynəlxalq Toplantısında iştirak etməyəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndələrin Beynəlxalq Toplantısı 2010-cu ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının himayəsi altında keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR