Polis İrəvanda Paşinyana etiraz edən altı nəfəri saxlayıb, onlardan silah götürülüb

Polis İrəvanda Paşinyana etiraz edən altı nəfəri saxlayıb, onlardan silah götürülüb
# 11 may 2024 10:22 (UTC +04:00)

Ermənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, müvafiq məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Bir qədər əvvəl yerli mətbuat səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.

Qeyd edək ki, N. Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR