Ermənistan-Gürcüstan yolunda hərəkət bərpa edilib - YENİLƏNİB

Ermənistan-Gürcüstan yolunda hərəkət bərpa edilib - YENİLƏNİB
# 22 aprel 2024 16:55 (UTC +04:00)

Ermənistan polisi Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən bir qrup şəxsin bağladığı Ermənistan-Gürcüstan yolunda hərəkəti bərpa edib.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə yerli administrasiyadan məlumat verilib.

Bildirilib ki, sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyası üzrə işçi qruplarının görüşündə tərəflər prosesin Tavuş vilayətindən başlanması, eləcə də komissiyanın əsasnaməsi üzərində işin iyulun 1-dən yekunlaşdırılması barədə razılıq əldə olunub.

***

13:23

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR