Ermənistanda hərbi təlimlər zamanı tank hərbçiləri daşıyan “URAL” markalı hərbi avtomobillə toqquşub.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində müddətli hərbi qulluqçu əsgər Ararat Aroyan həlak olub, daha 6 əsgər isə yaralanıb.
***
22:26
Ermənistan ordusunun hərbçisi Ararat Aramoviç Aroyan qeyri-müəyyən şəraitdə ölüb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həkimlərinin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.