Ermənistanda bir qrup şəxslə hökumət, parlament və polis binalarını tutmağı planlaşdıran şəxs tutulub

Solda Levon Koçaryan, Qraçya Qevondyan (sağda)

© APA | Solda Levon Koçaryan, Qraçya Qevondyan (sağda)

# 22 may 2024 15:01 (UTC +04:00)

Ermənistanda tanınmış müğənni Aykaram Qevondyanın (Spitakci Hayko) oğlu Qraçya Qevondyan saxlanılıb.

APA xəbər verir ki, Ermənistan İstintaq Komitəsindən bildirilib ki, Qraçya Qevondyan bir qrup şəxslə hökumət, parlament və polis binalarını zorakılıqla ələ keçirməyi planlaşdırmaqda ittiham edilir.

Onun 26 may mitinqi zamanı bu hərəkətləri etmək niyyətində olduğu vurğulanıb.

Hazırda Qevondyan saxlanılıb, buna telefon danışığının qeydə alınmasının səbəb olduğu bildirilib.

Məlumatda o da qeyd olunur ki, Qevondyan müxalif parlament fraksiyasının nümayəndələrindən birinə yaxındır. İstintaq Komitəsinin yaydığı bütün videokadrlarda Qevondyanın deputat Levon Koçaryanın (sabiq prezident Robert Koçaryanın oğlu) yanında olduğu görünür.

Qraçya Qevondyan Ermənistanda keçirilən etiraz aksiyalarında aktiv şəkildə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR