Bank Of Baku

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub
# 22 iyun 2026 09:55 (UTC +04:00)

Ermənistanda 2,1 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrində intensivlik 2-3 bal təşkil edib.

Yeraltı təkanlar Tavuş vilayətində, o cümlədən İcevan və Noyemberyan şəhərlərində, həmçinin Koxb, Açacur və Voskepar kəndlərində hiss olunub. Həmin yaşayış məntəqələrində təkanların intensivliyi 2-3 bal olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR