Ermənistan parlamentində müxalifətin çağırdığı növbədənkənar iclas baş tutmayıb - YENİLƏNİB

Ermənistan parlamentində müxalifətin çağırdığı növbədənkənar iclas baş tutmayıb - YENİLƏNİB
# 17 iyun 2024 18:37 (UTC +04:00)

Ermənistan Milli Assambleyasının parlament müxalifətinin təşəbbüsü ilə keçirilən iclası baş tutmayıb.
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” fraksiya deputatlarının əvvəllər söz verdiyi kimi, lazımi kvorumu təmin etməyib.
Xatırladaq ki, müxalifətin “Hayastan” və “Şərəfim var” blokları ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndirmişdilər.

***

12:01

“Ermənistanın hakim partiyası parlamentin Baş nazir Nikol Paşinyanın istefasını müzakirəyə çıxaracağı növbədənkənar iclasında iştirak etməyəcək”.

APA-nın Ermənistan mətbuatına istinadən məlumatına görə, bu barədə “Vətəndaş Müqaviləsi” fraksiyasından məlumat verilib.

Fraksiyanın mətbuat katibi Artur Ovannisyan bildirilib ki, müxalifətin təşəbbüsü ilə çağırılan iclasın gündəliyi tamamilə saxta olmaqla yanaşı, həm də dövlət maraqlarına ziddir.

O həmçinin yetərsay olmadığıdan iclasın baş tutmayacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR