Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya Prezident Administrasiyasından bildirilib.
Məlumata görə, telefon danışığına Avropa liderləri tərəfindən təşəbbüs göstərilib.
Stubb söhbəti "açıq və mənalı" adlandırıb, Störe isə avropalıların Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğuladıqlarını bildirib.
Finlandiya Prezidenti və Norveç Baş nazirinin Putinlə telefon danışığı Əbu-Dabidə keçiriləcək görüşlərlə bağlı olub.
Stubb bildirib ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə birbaşa dialoqa ehtiyac var.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putinin Norveç və Finlandiya liderləri ilə mümkün söhbətini nə təsdiqləyib, nə də təkzib edib.