İrəvanın Qələbə parkında Rusiyanın bayrağını cırıb, gerbini sındırıblar

İrəvanın Qələbə parkında Rusiyanın bayrağını cırıb,  gerbini sındırıblar
# 18 iyun 2024 12:22 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanda yerləşən Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiyanın bayrağını cırıb, gerbini sındırıblar.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, paytaxt meriyasından bildirilib ki, onlar baş verənlərə görə məsuliyyət daşımır və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.

Şəhər rəhbərliyi hadisəni aydınlaşdıracağını bildirib.

“İravunk” qəzetinin yazdığına görə, Rusiya Federasiyasının dövlət bayrağını bir qrup rusofob cırıb. Lakin hələ bunu törədənlərin kimliyi bilinmir və baş verənlərə görə heç kim məsuliyyət daşımır. Qəzet onu da qeyd edib ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR