Rusiyanın Krasnodar diyarının Gelencik şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 3 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat yayıb.
Onun sözlərinə görə, ən ağır nəticələr Gelencik yaxınlığındakı Arxipo-Osipovka kəndində qeydə alınıb. PUA hücumu zamanı mülki infrastruktura ziyan dəyib, azı 3 nəfər ölüb, 13 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Yaralılara zəruri tibbi yardım göstərilib.
Rusiya Fövqəladə Hallar xidmətləri hadisə yerində çalışır, zərərin həcmi dəqiqləşdirilir. Hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilir.