Bank Of Baku

Ukrayna PUA-ları Vladimir vilayətində şirkətin anbarını vurub, yanğın baş verib

Ukrayna PUA-ları Vladimir vilayətində şirkətin anbarını vurub, yanğın baş verib
# 03 avqust 2026 09:57 (UTC +04:00)

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Vladimir vilayətində yerləşən “Wildberries” şirkətinin anbar kompleksinə hücum edib.

APA xəbər verir ki, bu barədə Vladimir vilayətinin qubernatoru Alexander Avdeev məlumat verib.

Onun sözlərinə görə, Sobinski dairəsində yerləşən anbar kompleksinə endirilən zərbə nəticəsində yanğın baş verib və dağıntılar qeydə alınıb.

Qubernator bildirib ki, insanlar təhlükəsiz əraziyə təxliyə olunub, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyirlər.

Hücum nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR