Rusiya Prezidenti Vladimir Putinin G20-yə səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü barədə danışmaq hələ tezdir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib
O qeyd edib ki, Rusiya prezidentinin G20 sammitinə dəvətinə cavab vermək qərarı "işlənəcək və sonra müvafiq qərar qəbul ediləcək".
Kremlin sözçüsü əlavə edib ki, bütün hallarda Rusiya G20-də və bu çərçivədə keçirilən bütün forumlarda iştirakını davam etdirmək niyyətindədir.