Yevlaxda iki il əvvəl qətl törətməkdə təqsirləndirilən 6 qohumun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər veir ki, Tərtər Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, X.R. və V.T. 19 il, Ə.Ə. və D.A. 18 il 2 ay, Ş.İ. 18 il, Ş.S. 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi 2024-cü ildə Yevlaxda baş verib. 1988-ci il təvəllüdlü Azər Quliyev 1996-cı il təvəllüdlü N.Ş-nı qaçırıb. Qadının qardaşları Abşeron rayonunun Qobu qəsəbəsində Azər Quliyevi döyərək xəsarətlər yetirib, maşının baqajında Yevlaxa aparıblar. Yevlaxda onu maşından düşürmək istəyəndə öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 144.2.3, 144.2.4, 144.2.5, 150.2.1, 150.2.4, 157.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslərdən biri hərbi qulluqçu olub.