Bank Of Baku

Peskov Zelenskinin Moskvaya "raketlə" gələcəyi barədə açıqlamasına münasibət bildirib

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

© APA | Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

# 24 sentyabr 2026 13:52 (UTC +04:00)

"Zelenski Moskvaya gəlməkdən imtina etməyib. Hər halda bu barədə eşitməmişəm".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya “raketlə” gələcəyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

"Zelenski BMT Baş Assambleyası çərçivəsində bir çox açıqlamalar verir. Atəşkəslə bağlı bir daha bildiririk: münaqişənin həlli üçün dinc prosesə açığıq, lakin inanırıq ki, müvəqqəti atəşkəsə yox, sülhə çalışmalıyıq. Mövqeyimiz dəyişməyib", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.

Qeyd edək ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı jurnalistin "Moskvaya nə vaxt gələcəksiz?" sualına “raketlə” gələcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR